Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2012-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 3,1 faiz artaraq 2019,8 milyon manat olmuşdur. Xidmətlərin 69,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1395,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 25,6 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 73,6 faizini təşkil edərək 624,5 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 15,4 faiz artaraq 221,2 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 52,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 7,7 faiz artaraq 115,6 milyon manat olmuşdur.