Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2012-ci ilin yanvar-sentyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 22,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 92,5 faizi sənaye mallarının istehsalı, 7,5 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 18,7 milyard manatlıq və ya ümumi istehsalın 82,2 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 4,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-sentyabr aylarında istehlakçılara 22784,8 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,0 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2012-ci il oktyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 245,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,7 milyon manat məbləğində digər mallar da olmuşdur.