Skip to content Skip to main navigation Skip to footer

Birjaların fəaliyyəti haqqında







2012-ci ilin 9 ayında Bakıda fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 489 hərracda 8444220,3 min manatlıq valyuta ehtiyatları və qiymətli kağızlar realizə olunmuşdur.
Bakı Banklararası və Bakı Fond valyuta birjaları fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə xüsusi yer tutur. Bakı Banklararası valyuta birjasında 541559,0 min manatlıq valyuta ehtiyatlarının satışı həyata keçirilmişdir. Bakı Fond birjasında 7902532,0 min manatlıq qiymətli kağızlar satılmışdır.