Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2012-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Metal konstruksiyaları zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4295,0 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,3 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 3236,5 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 1058,5 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-oktyabr aylarında 1319,6 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,2 faiz artmışdır.