Əmtəə bazarı haqqında
21.11.2012 00:00
2012-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 7311,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 13,0 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 18,7 faizi hüquqi şəxs statuslu, 44,7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 36,6 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
Əhali istehlak mallarının 1365,4 milyon manatlığını hüquqi şəxslərdən, 5946,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 19,1 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 11,7 faiz artmışdır.