Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-iyul aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 3958,4 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 15,3 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,3 faizi hüquqi şəxslər, 81,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 723,7 milyon manatlığını hüquqi şəxslərdən, 3234,7 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 13,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 15,8 faiz artmışdır. 2010-cu ilin yanvar-iyul aylarında əhaliyə 1577,4 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 11,4 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 58,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 929,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 4,6 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 22,9 faiz artaraq 647,6 milyon manata çatmışdır.