Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2012-ci ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,9 faiz artaraq 2671,2 milyon manat olmuşdur. Xidmətlərin 68,8 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1838,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 29,7 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 78,7 faizini təşkil edərək 832,3 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 13,6 faiz artaraq 288,1 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 52,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 0,1 faiz artaraq 151,1 milyon manat olmuşdur.