Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2012-ci ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,0 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 7,8 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,1 faiz artaraq 578,2 manat təşkil etmişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,1 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 767,0 manat təşkil etmişdir. Cari ilin yanvar- sentyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 576,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,0 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 99,3 faizini təşkil edərək 1033,3 manat təşkil etmişdir.