Sənayenin inkişafı haqqında
25.12.2012 00:00
2012-ci ilin yanvar-noyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 27,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 22,3 milyard manatlıq və ya ümumi istehsalın 81,4 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-noyabr aylarında istehlakçılara 27474,3 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2012-ci il dekabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 161,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 18,1 milyon manat məbləğində digər mallar da olmuşdur.