Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2012-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, "Baku Crystal Hall" İdman-konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 204,9 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 150 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 960 şagird yerlik ümumtəhsil məktəbi istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6002,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 54,5 faiz artmışdır.
2012-ci ilin yanvar-dekabr aylarında 1875,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 79,4 faiz artmışdır.
2012-ci ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 5846,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,0 faiz artmışdır.