Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2012-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8918,6 milyon manatlıq və ya əvvəlki ilin yanvar-dekabr aylarına nisbətən 13,1 faiz çox əmtəə satılmışdır. Əmtəə dövriyyəsinin 18,1 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 37,5 faizi yarmarka və bazarlar, 44,4 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar tərəfindən həyata keçirilmişdir.
Əhali istehlak mallarının 1613,2 milyon manatlığını hüquqi şəxslərdən, 7305,4 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 13,5 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 13,0 faiz artmışdır.