Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2012-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 10,8 faiz artaraq 3330,0 milyon manat olmuşdur. Xidmətlərin 69,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2284,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 31,6 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 82,5 faizini təşkil edərək 1045,1 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 11,1 faiz artaraq 360,0 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 51,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsi 184,6 milyon manat olmuşdur.