Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 329,0 milyon manat vəsait yönəldilmiş, onun 19,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 2,7 dəfə artmışdır.
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 54,8 faiz və ya 180,3 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 45,2 faiz və ya 148,7 milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar ayında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 323,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,6 faiz artmışdır.