Pullu xidmətlər haqqında
25.02.2013 00:00
2013-cü ilin yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,3 faiz artaraq 288,9 milyon manat olmuşdur. Xidmətlərin 70,3 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 203,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 28,2 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 80,9 faizini təşkil edərək 85,7 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 20,2 faiz artaraq 33,4 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 56,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 43,1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsi 19,0 milyon manat olmuşdur.