Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2013-cü ilin yanvar-fevral aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 5,1 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 90,9 faizi sənaye mallarının istehsalı, 9,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 4138,0 milyon manatlıq və ya ümumi istehsalın 81,6 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 933,7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-fevral aylarında istehlakçılara 5065,4 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,9 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-cü il mart ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 200,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,2 milyon manat məbləğində digər mallar da olmuşdur.