Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 923,6 milyon manat vəsait yönəldilmiş, onun 27,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 56,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 2,4 dəfə artmışdır.
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 55,3 faiz və ya 510,3 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 44,7 faiz və ya 413,3 milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar-fevral aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 736,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,8 faiz artmışdır.