Əmtəə bazarı haqqında
01.04.2013 00:00
2013-cü ilin yanvar-fevral aylarında paytaxtın pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1506,5 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 613,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 893,1 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 15,3 faizi hüquqi şəxslərin, 38,7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 46,0 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Əhali istehlak mallarının 230,9 milyon manatlığını hüquqi şəxslərdən, 1275,6 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2012-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 11,3 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 11,2 faiz artmışdır.