Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,0 faiz artaraq 571,9 milyon manat olmuşdur. Xidmətlərin 70,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 401,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 20,3 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 87,0 faizini təşkil edərək 170,5 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 21,7 faiz artaraq 67,3 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 57,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsi 38,7 milyon manat olmuşdur.