Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-mart aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 223,5 milyon manat əsas fondlar istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 38672 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1427,9 milyon manat vəsait yönəldilmiş, onun 32,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 28,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 60,8 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 53,7 faiz və ya 767,4 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 46,3 faiz və ya 660,5 milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar-mart aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1205,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,6 faiz artmışdır.