Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar-mart aylarında paytaxtın pərakəndə ticarət şəbəkələrindən əhaliyə 2453,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,0 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 1003,9 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 1449,8 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 14,1 faizi hüquqi şəxslərin, 43,1 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 42,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Əhali istehlak mallarının 346,4 milyon manatlığını hüquqi şəxslərdən, 2107,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2012-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 5,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 19,0 faiz artmışdır.