Əmtəə bazarı haqqında
22.05.2013 00:00
2013-cü ilin yanvar-aprel aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3252,3 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 1369,0 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 1883,3 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 15,3 faizi hüquqi şəxslərin, 45,3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,4 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Əhali istehlak mallarının 497,5 milyon manatlığını hüquqi şəxslərdən, 2754,8 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2012-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 1,4 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 14,2 faiz artmışdır