Pullu xidmətlər haqqında
22.05.2013 00:00
2013-cü ilin yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,9 faiz artaraq 1165,9 milyon manat olmuşdur. Xidmətlərin 70,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 824,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 16,1 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 94,8 faizini təşkil edərək 341,2 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 22,9 faiz artaraq 132,3 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 58,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 46,9 faiz artaraq 77,2 milyon manat olmuşdur.