Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-may aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,2 faiz artaraq 1414,9 milyon manat olmuşdur. Xidmətlərin 73,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1033,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 16,7 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 90,3 faizini təşkil edərək 381,8 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 21,0 faiz artaraq 166,3 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 58,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 38,4 faiz artaraq 97,5 milyon manat olmuşdur.