Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli Buzovna-Mərdəkan-Qala avtomobil yolu tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3004,4 milyon manat vəsait yönəldilmiş, onun 39,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 21,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 74,0 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1001,9 milyon manat, qeyri-dövlət müəssisələri isə 2002,5 milyon manat vəsait sərf etmişlər.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 11,5 faiz üstələyərək 2693,9 milyon manat təşkil etmiş, ondan 70,7 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,3 faizi əsaslı təmir, 1,3 faizi cari təmir, 13,7 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.