Əmtəə bazarı haqqında
29.07.2013 00:00
2013-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 4752,6 milyon manat və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çox olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 42,3 faizi ərzaq, 57,7 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır. Əmtəələrin 16,3 faizi hüquqi şəxslərin, 45,7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 38,0 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Yanvar-iyun aylarında elektron ticarət dövriyyəsinin həcmi 1274,5 min manat təşkil etmişdir ki, onun da 79,6 faizi pərakəndə, 20,4 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür.