Sənayenin inkişafı haqqında
22.08.2013 00:00
2013-cü ilin yanvar-iyul aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 17240,7 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 91,0 faizi sənaye mallarının istehsalı, 9,0 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 14058,2 milyon manatlıq və ya ümumi istehsalın 81,5 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3182,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-iyul aylarında istehlakçılara 17278,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-cü il avqust ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 218,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,5 milyon manat məbləğində digər mallar da olmuşdur.