Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 5715,9 milyon manat və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çox olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 43,1 faizi ərzaq, 56,9 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır. Əmtəələrin 16,2 faizi hüquqi şəxslərin, 46,8 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 37,0 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Yanvar-iyul aylarında elektron ticarət dövriyyəsinin həcmi 1399,2 min manat təşkil etmişdir ki, onun da 81,2 faizi pərakəndə, 18,8 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür.