Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,5 faiz artaraq 2001,1 milyon manat olmuşdur. Xidmətlərin 74,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1482,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 18,1 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 90,6 faizini təşkil edərək 518,3 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 19,8 faiz artaraq 235,0 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 59,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 35,5 faiz artaraq 138,7 milyon manat olmuşdur.