Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 1369,8 milyon manat əsas fondlar istifadəyə verilmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 142,9 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4885,7 milyon manat vəsait yönəldilmiş, onun 42,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 31,8 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 95,9 faiz artmışdır. Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 10,5 faiz üstələyərək 4486,8 milyon manat təşkil etmiş, ondan 69,8 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,1 faizi əsaslı təmir, 1,5 faizi cari təmir, 14,6 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.