Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-avqust aylarında Bakı şəhərində Qranit-Mərmər zavodu, "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-avqust aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 296942 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-avqust aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1914,2 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,8 faiz artmışdır. 2010-cu ilin yanvar-avqust aylarında 588,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,6 faiz artmışdır. 2010-cu ilin yanvar-avqust aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1761,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,2 faiz artmışdır.