Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 5,9 faiz üstələyərək 7882,4 milyon manat olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 42,7 faizi ərzaq, 57,3 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır. Əmtəələrin 16,7 faizi hüquqi şəxslərin, 43,5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Yanvar-oktyabr aylarında elektron ticarət dövriyyəsinin həcmi 1939,3 min manat təşkil etmişdir ki, onun da 88,3 faizi pərakəndə, 11,7 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür.