Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
26.11.2013 00:00
2013-cü ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 53,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 min nəfər və ya 8,3 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 6,3 faiz artaraq 617,3 manat təşkil etmişdir
2013-cü ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,2 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artaraq 829,4 manat təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 627,4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 3,5 faiz artaraq 1068,8 manat təşkil etmişdir.