Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2013-cü ilin yanvar-noyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 27044,7 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 91,0 faizi sənaye mallarının istehsalı, 9,0 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 22171,1 milyon manatlıq və ya ümumi istehsalın 82,0 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 4873,6 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar-noyabr aylarında istehlakçılara 27177,4 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,5 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-cü il dekabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 179,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,8 milyon manat məbləğində digər mallar da olmuşdur.