Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 6,6 faiz üstələyərək 8710,5 milyon manat olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 42,8 faizi ərzaq, 57,2 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır. Əmtəələrin 16,6 faizi hüquqi şəxslərin, 41,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Yanvar-noyabr aylarında elektron ticarət dövriyyəsinin həcmi 2207,2 min manat təşkil etmişdir ki, onun da 89,5 faizi pərakəndə, 10,5 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür.