Pullu xidmətlər haqqında
25.12.2013 00:00
2013-cü ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,1 faiz artaraq 3332,1 milyon manat olmuşdur. Xidmətlərin 76,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2554,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 21,3 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 82,1 faizini təşkil edərək 777,2 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,2 faiz artaraq 373,4 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 59,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 40,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz artaraq 221,5 milyon manat olmuşdur.