Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2013-cü ilin yanvar-dekabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 29575,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 90,9 faizi sənaye mallarının istehsalı, 9,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 24228,4 milyon manatlıq və ya ümumi istehsalın 81,9 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5347,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar-dekabr aylarında istehlakçılara 29736,9 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,5 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü il yanvar ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 163,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,5 milyon manat məbləğində digər mallar da olmuşdur.