Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2013-cü ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 53,3 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min nəfər və ya 8,4 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 5,7 faiz artaraq 619,3 manat təşkil etmişdir 2013-cü ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,2 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artaraq 830,3 manat təşkil etmişdir. Cari ilin yanvar-noyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 631,7 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 3,4 faiz artaraq 1067,6 manat təşkil etmişdir.