Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







Bakı şəhərində Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 438,7 milyon manat vəsait yönəldilmiş, onun 47,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 33,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 3,3 dəfə artmışdır. 2014-cü ilin yanvar ayında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 278,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 82,8 faiz təşkil etmişdir. Podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2014-cü ilin yanvar ayında 164,9 milyon manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 77,7 faiz təşkil etmişdir. 2014-cü ilin yanvar ayında əsaslı təmir 44,3 milyon manat (müvafiq olaraq 24,2 faiz artmış), cari təmir 4,3 milyon manat (88,6 faiz), sair işlər 65,3 milyon manat (78,0 faiz) təşkil etmişdır.