Pullu xidmətlər haqqında
05.03.2014 00:00
2014-cü ilin yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 22,2 faiz artaraq 353,8 milyon manat olmuşdur. Xidmətlərin 77,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 275,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 35,4 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,9 faizini təşkil edərək 78,1 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar ayı ilə müqayisədə 21,5 faiz artaraq 40,8 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 62,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 37,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz artaraq 25,5 milyon manat olmuşdur.