Sənayenin inkişafı haqqında
02.04.2014 00:00
2014-cü ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,7 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 81,0 faizi mədənçıxarma, 13,7 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 90,8 faizi sənaye mallarının istehsalı, 9,2 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 3,8 milyard manatlıq və ya ümumi istehsalın 80,9 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 0,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-fevral aylarında istehlakçılara 4686,0 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü il mart ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 231,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,6 milyon manat məbləğində digər mallar da olmuşdur.