Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni-inzibati-tədris kompleksi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1207,5 milyon manat vəsait yönəldilmiş, onun 57,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 30,7 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 2,7 dəfə artmışdır. 2014-cü ilin yanvar-fevral aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 781,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,8 faiz təşkil etmişdir. Podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2014-cü ilin yanvar-fevral aylarında 514,8 milyon manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,6 faiz təşkil etmişdir. 2014-cü ilin yanvar-fevral aylarında əsaslı təmir 115,4 milyon manat (müvafiq olaraq 39,5 faiz artmış), cari təmir 11,0 milyon manat (30,2 faiz), sair işlər 140,0 milyon manat (8,4 faiz) artmışdır.