Əmtəə bazarı haqqında
02.04.2014 00:00
2014-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 1655,8 milyon manat olmuşdur. İstehlak mallarının 691,5 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 964,3 milyon manatını qeyri-ərzaq malları təşkil etmişdır. İstehlak mallarının 16,0 faizi hüquqi şəxslərin, 39,9 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 44,1 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Cari ilin yanvar-fevral aylarında elektron ticarət dövriyyəsinin həcmi 562,4 min manat təşkil etmişdir ki, onun da 77,7 faizi pərakəndə, 22,3 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 41,9 faizini hüquqi, 58,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır.