Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
02.04.2014 00:00
2014-cü ilin yanvar ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 54,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 min nəfər və ya 6,0 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 3,6 faiz artaraq 622,3 manat təşkil etmişdir
2014-cü ilin yanvar ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,4 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,0 faiz artaraq 798,7 manat təşkil etmişdir.
Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 633,4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 0,9 faiz artaraq 1002,1 manat təşkil etmişdir.