Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı.
25.10.2010 00:00
2010-cu ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 min nəfər və ya 3,7 faiz çoxalaraq 58,8 min nəfər təşkil etmişdir.
İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 406,2 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,0 manat çox olmuşdur.
Rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 52,9 faiz artaraq 15,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 656,8 manat olmuşdur. Cari ilin yanvar-avqust aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 441,3 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 930,3 manat təşkil etmişdir.
Əmək haqqı
2010-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,7 faiz artaraq 455,9 manat olmuşdur.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti, bank və daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.