Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 53,6 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 283,0 milyon manat əsas fondlar istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1955,9 milyon manat vəsait yönəldilmiş, onun 58,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. 2014-cü ilin yanvar-mart aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1300,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artmışdır. Podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 902,3 milyon manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,1 faiz təşkil etmişdir. 2014-cü ilin yanvar-mart aylarında əsaslı təmir 178,3 milyon manat (müvafiq olaraq 14,1 faiz), cari təmir 15,4 milyon manat (7,9 faiz), sair işlər 204,1 milyon manat (17,1 faiz) artmışdır.