Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







. 2014-cü ilin yanvar-ferval aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 54,2 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 min nəfər və ya 3,7 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 2,5 faiz artaraq 611,8 manat təşkil etmişdir 2014-cü ilin yanvar-fevral aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,3 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 804,5 manat təşkil etmişdir. Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 657,4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 970,1 manat təşkil etmişdir.