Skip to content Skip to main navigation Skip to footer

2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında







2013-cü ildə Bakı şəhərində 6837 nömrəsi (otağı) olan 129 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. 2012-ci illə müqayisədə bu tip müəssisələrin sayı 7 vahid, nömrələrin sayı isə 451 vahid artmışdır. 2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum 10521 yer olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin 85,2 faizi xüsusi, 9,3 faizi xarici, 1,6 faizi dövlət, 3,9 faizi birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olmuşdur. 2012-ci il ilə müqayisədə 2013-cü ildə Bakı şəhəri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 36,2 faiz artaraq 146886 min manat olmuşdur. Gəlirlərin 62,6 faizi (91952,1 min manat) nömrələrin satışından, 24,6 faizi (36102,9 min manat) içkilər də daxil edilməklə qida məhsullarının satışından, 1,0 faizi (1504,7 min manat) müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 11,8 faizi (17326,3 min manat) isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. Gəlirlərin 28,1 faizini xarici, 61,5 faizini xüsusi, 10,4 faizini birgə (xarici qarışıq) mülkiyyətinə məxsus mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən əldə edilmişdir. 2013-cü ildə şəhərin mehmanxana və mehmanxana tipli müəssisələrində 456,5 min nəfər yerləşdirilmişdir. Həmin şəxslərin 61,4 faizi xüsusi, 23,5 faizi xarici, 15,1 faizi birgə (xarici qarışıq) mülkiyyətə məxsus müəssisələrdə yerləşdirilmişdir. Yerləşdirilmiş şəxslərin 25,1 faizini Azərbaycan, 74,9 faizini isə xarici ölkələrin vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 79,5 faizi turizm, 20,5 faizi digər məqsədlərlə gəlmişlər. Turistlərin 49,8 faizi işgüzar, 35,4 faizi istirahət və əyləncə, 8,1 faizi müalicə, 6,7 faizi digər turizm məqsədilə səfər etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 83,4 faizi qaldıqları yerdə 1-3 gün, 13,9 faizi 4-7 gün, 1,9 faizi 8-28 gün, 0,8 faizi isə bir ay və daha çox müddət gecələmişlər. 2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta siyahı sayı 5317 nəfər, onların əmək haqqı fondu isə 38080,5 min manat olmuşdur.