Sənayenin inkişafı haqqında
04.06.2014 00:00
2014-cü ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 9,6 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 82,2 faizi mədənçıxarma, 13,1 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 91,2 faizi sənaye mallarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 7,8 milyard manatlıq və ya ümumi istehsalın 81,3 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1,8 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-aprel aylarında istehlakçılara 9574,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,6 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin may ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 256,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,9 milyon manat məbləğində digər mallar da olmuşdur.