Tikintinin əsas göstəriciləri
04.06.2014 00:00
2014-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-aprel aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2631,7 milyon manat vəsait yönəldilmiş, onun 59,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 40,6 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 2,3 dəfə artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 910,8 milyon manat, qeyri-dövlət müəssisələri isə 1720,9 milyon manat vəsait sərf etmişlər. Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 53,4 faiz və ya 1406,1 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 46,6 faiz və ya 1225,6 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-aprel aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1869,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artmışdır.
Podratçı təşkilatların gördükləri işlər - yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 1248,3 milyon manat (müvafiq olaraq 2,4 faiz), əsaslı təmir 246,5 milyon manat (8,8 faiz), cari təmir 73,5 milyon manat (3,1 dəfə), sair işlər 300,9 milyon manat (18,5 faiz) artmışdır.