Tikintinin əsas göstəriciləri
25.10.2010 00:00
2010-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Qranit-Mərmər zavodu, "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 377275 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2226,2 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,9 faiz artmışdır.
2010-cu ilin yanvar-sentyabr aylarında 745,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,1 faiz artmışdır.
2010-cu ilin yanvar-sentyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2013,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,0 faiz artmışdır.